“Neftçi” “Spartak”ın futbolçusu Leon Klassen ilə maraqlanması ilə bağlı xəbərlərlə münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisindən “Sport-ekspress” qəzetinə verilən açıqlamada məlumat təsdiqlənib:
“Hətta ilkin mərhələdə müəyyən razılıq da əldə olunmuşdu. Amma Klassen digər Avropa klublarından da təklif gözlədiyindən bu məsələ yubanmağa başladı. Klassen “Neftçi”yə cavab verəndə isə klub digər oyunçunun xeyrinə qərar qəbul etmişdi. Bu səbəbdən sövdələşmə baş tutmadı. Biz futbolçunu izləməkdə davam edirik və gələcəkdə birgə əməkdaşlıq variantını istisna etmirik”.
Almaniyada doğulan Klassen Rusiyanın idman vətəndaşlığını qəbul edib. 23 yaşlı müdafiəçi Rusiyanın U-21 də daxil olmaqla aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.