17 yaşadək qızlardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, millimiz hazırlıq çərçivəsində Gürcüstanın U-17 komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların proqramı artıq bəllidir.
Komandaların ilk görüşü sentyabrın 6-sı saat 16:00-da reallaşacaq. Növbəti qarşılaşma isə sentyabrın 9-u saat 11:00-da baş tutacaq. Hər iki oyun "Dalğa Arena"nın ehtiyat meydançasında təşkil olunacaq.
Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı isə aşağıdakı kimidir: