19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.
Sportliqa.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar. Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.
Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az