"Neftçi"nin transfer siyahısında yer alan forvardlardan birinin adı bəlli olub.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar" "ÇSKA 1948"də çıxış edən Runi Evanın xidmətində maraqlıdır.
Bakı təmsilçisi ötən mövsümü “Turan-Tovuz”da keçirmiş kamerunlu forvardın keçidini həll etmək istəyir. Təbii ki, bu, siyahıda ondan əvvəl yer alan futbolçulardan birinin keçidinin baş tutmamasından sonra reallaşa bilər. Runinin Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
O, bu mövsüm Bolqarıstan çempionatında 5 oyuna 1 qol vurub. Eva karyerası ərzində “Apejes”(Kamerun), “Çaniya”, “Trikala”, “Asteras”, “Veriya”, “Aititos Spaton”, “Karaiskakis” (hamısı Yunanıstan), “Aljir”, “Ain Mlila”(hər ikisi Əlcəzair), “Keçiorengücü”(Türkiyə) klublarında oynayıb.
Sportal.az