"Sabah" - "Sumqayıt" matçının biletləri satışda
17 Oktyabr 2023 12:22
"Sabah" Premyer Liqanın 10-cu turunda evdə "Sumqayıt"ı qəbul edəcək.
Sportliqa.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutacaq görüş oktyabrın 21-də, saat 18:00-da baş tutacaq.
Artıq oyunun biletləri satışa çıxarılıb.
Azarkeşlər biletləri onlayn şəkildə “iticket.az” saytından və matç günü “Bank Respublika Arena”nın kassalarından edə bilərlər.