“Səbail”in futbolçusu Cabir Əmirli əməliyyat olunub. Bu barədə klubun saytı məlumat yayıb.
Sportliqa.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ayaq nahiyəsindən Türkiyədə əməliyyat olunub.
Qeyd edək ki, Əmirli 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb.