
"Neftçi"nin yayda heyətinə qatdığı Yuri Matias "Qarabağ"ın maraq dairəsindədir.
Sportliqa.az Sportinfo.az-a istinadən xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov braziliyalı müdafiəçini yaxından izləməyə başlayıb.
"Sambaçı"nın debüt mövsümündə sərgilədiyi oyun "köhlən atlılar"ın təcrübəli çalışdırıcısında böyük simpatiya yaradıb və onu öz sərəncamında görmək istəyindədir.
"Neftçi"də 2 qol vuran cənubi amerikalının öz mövqeyində yaxşı təsir bağışlaması, üstəlik, liderlik keyfiyyəti Qurbanovun diqqətini çəkib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması