
“Qələbələrimiz davam edəcək”.
Sportliqa.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayev Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 2023/2024 mövsümünün açılış oyununda “Azərreyl” üzərində qələbəni dəyərləndirib: “Möhtəşəm açılış oldu. Buna görə Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Mövsümün ilk matçını keçirmək bizə qismət oldu. Komanda şəklində gözəl oynayaraq, “Azərreyl” üzərində qələbə qazandıq”.
Qeyd edək ki, kubokun sahibi “Abşeron” ölkə çempionu “Azərreyl” üzərində 3:1 hesablı qələbə qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması