"Şamaxı"da baş məşqçi istefası baş verib.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, IX turunda “Karvan”a məğlubiyyətindən sonra bölgə klubunun baş məşqçisi Vüqar Əsgərli klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, Əsgərli ötən mövsüm komanda Premyer Liqada iştirak etməyə başlayandan baş məşqçi postunda yer almışdı.