"Şamaxı"nın yeni baş məşqçisi məlum olub.
Sportliqa.az xəbər verir ki, I Liqa təmsilçisinin sükanı Ramiz Məmmədova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Məmmədov bu postda bir neçə gün əvvəl istefa verən Vüqar Əsgərlini əvəzləyib.
Qeyd edək ki, "Şamaxı" I Liqada 9 turdan sonra 15 xalla 4-cü sıradadır.