
1-ci Liqanın daha bir iştirakçısında istefa gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, ötən tur öz meydanında “Zaqatala”ya 0:1 uduzan “Mingəçevir”in məşqçilər korpusu istefa verib.
Klubun İdarə Heyəti istefa xahişini qəbul edib və Samir Məmmədov baş məşqçi vəzifəsindən azad olunub.
Yeni baş məşqçi Mingəçevir futbolunun əfsanələrindən sayılan, klubda məsləhətçi vəzifəsində olan Ədəhim Niftəliyev təyin olunub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.