
"Şamaxı"nın məşqçilər korpusunda dəyişiklik olub.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov komandadan ayrılmaq istədiklərini rəhbərliyə bildirib. Hər üç məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib
Ramiz Məmmədovun köməkçilərinin adı da dəqiqləşib. Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov da qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.