"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
16 Dekabr 2023 13:53
Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.
Sportliqa.az Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.
Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.