Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.
Sportliqa.az xəbər verir ki, mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və ilk iki yeri tutmuş klublar yarımfinala vəsiqə qazanacaqlar.
A qrupu: "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan", "Sumqayıt"
B qrupu: "Sabah", "NTD-İNDİQO ", "Sərhədçi", "Gəncə", "Şəki"
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.