İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda I Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “Zaqatala” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK klubu 100 manat cərimə edilib.
MOİK – “Zaqatala” oyununun 51-ci dəqiqəsində “Zaqatala” klubunun 12 nömrəli qapıçısı Müşviq Nadirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 80 manat cərimə edilib.
“Difai Ağsu” – “Karvan” oyununda “Difai Ağsu” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai Ağsu” klubu 70 manat cərimə edilib.
“Difai Ağsu” – “Karvan” oyununda “Karvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan” klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “Araz Saatlı” oyununun 74-cü dəqiqəsində “Mingəçevir” klubunun 8 nömrəli futbolçusu Elsevər Bəkirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 50 manat cərimə edilib.
“Mingəçevir” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.
“Şamaxı” – “İmişli” oyununun 18-ci dəqiqəsində “İmişli” klubunun 2 nömrəli futbolçusu Tonia Tisdel təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.
“Şamaxı” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.