"Şamaxı" transferə "doymur"
21 Yanvar 2024 14:19
“Şamaxı” klubu mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyə davam edir.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb.
Müdafiəçi Arsen Ağcabəyov mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, I Liqa klubu daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.