
I Liqada yeni mövsüm başlasa da, “Karvan”ın transfer çalışmaları bitməyib. Yevlax klubu heyətini daha bir legionerlə gücləndirmək üzrədir.
Sportliqa.az xəbər verir ki, ötən gün komandanın heyətinə yeni futbolçu qoşulub. Qabonlu mərkəz müdafiəçisi Ondo Vensliy Makkaaş baxışa dəvət edilib.
Məşqçilər heyətinin rəyinə əsasən, futbolçu haqda son qərar yaxın günlərdə veriləcək. 20 yaşlı futbolçu ölkəsinin aşağı yaş qruplarından ibarət millilərində də forma geyinib.
Futbolinfo.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması