AFFA İntizam Komitəsi 1-ci Liqada yarışan MOİK-in məşqçisi Orxan Səfiyarovu cəzalandırıb.
Sportliqa.az xəbər verir ki, o, 15-ci turun “Qaradağ Lökbatan”la qarşılaşmasında ədalət təmsilçilərinin ünvanına nalayiq ifadələr işlədib.
İK görüşün sonlarında meydandan qovulan məşqçini 5 matçlıq diskvalifikasiya edib.
"Hərbçilər" buna görə 400 manat cərimə ödəyəcəklər.
"Ordu klubu"nun futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib.