AFFA Birinci Divizionda iştirak etmək üçün 8 kluba lisenziya verməyib.
Sportliqa.az xəbər verir ki, lisenziya ala bilməyən klublar arasında bu mövsüm birinci divizionda yarışmış "İrəvan" da var.
"İrəvan" klubunun adı bu mövsüm bir neçə danışılmış oyunda hallanıb. Komanda mövsümü 8-ci yerdə başa vurub. Bu qərarla onlar yeni mövsüm 1-ci liqada yarışa bilməyəcəklər.
Bundan başqa, 2-ci liqa təmsilçiləri “Ağdaş”, “Dinamo” (Bakı), “Göygöl”, "Lerik, “Şəki Siti", “Şəfa”, “Şəmkir” PFK isə 1-ci liqaya lisenziya ala bilməyiblər. Bu klublar qərarla bağlı 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.
1-ci liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı” FK, “Bakı Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK İB, MOİK PFK, “Şahdağ Qusar” FK, “Zaqatala” PFK-ya isə lisenziya verilib.