
"İrəvan” AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.
Bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı I Liqadan kənarlaşdırıb.
Nəticədə cari mövsüm I Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq.
Qeyd edək ki, "İrəvan" kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması