Birinci Liqaya yüksələn “Cəbrayıl” baş məşqçi Cavid Hüseynovun gedişini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssisin öz xahişi ilə komandadan ayrıldığı vurğulanıb: "Cəbrayıl" üçün böyk işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq. Təşəkkürlər, Cavid!"
Qeyd edək ki, Cavid Hüseynov “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin köməkçilərindən biri olacaq.