AFFA İntizam Komitəsi bu ilin mart ayında "İrəvan" klubunun 2 futbolçusunu danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.
Qurum bu cəzanı Ege Atlam və Fəhmin Muradbəyliyə kəsib. Bu hadisədən sonra Ege Atlam AFFA-nın Appelyasiya Arbitraj Tribunalına şikayət ünvanlayıb. Lakin AAT İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, bununla da razılaşmayan türkiyəli futbolçu Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Dünyanın idman üzrə ali ədalət təmsilçisinin isə bu şikayətdən sonra AFFA-nı qəbul etdiyi qərara görə cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın ali futbol qurumu indiyədək hər hansı futbolçuya görə cəzalandırılmayıb. Bu mənada, ilk yaşana bilər.
Onu da diqqətinizə çatdıraq ki, "İrəvan" klubu AFFA bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.
Elsevər Muradzadə