
1-ci Liqanın yeni mövsümünə hazırlıqları davam etdirən “Qəbələ” və "Zaqatala" yoxlama oyunu keçirəcəklər.
Pressing.az xəbər verir ki, sözügedən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Sabah keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ikinci sınağı olacaq. “Qırmızı-qaralar” ilk yoxlama oyununda Küveytin "Əl-Yarmuk" klubu ilə 2:2 hesablı heç-heçə edib.
"Zaqatala" isə bu yay yoxlama görüşü keçirməyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması