
“Qəbələ” klubunun futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, I Liqada 6-cı turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması