"Neftçi"nin keçmiş futbolçusu Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.
Sportliqa.az xəbər verir ki, 2017-ci ildə oyun alğı-satqısında adı hallanan və ömürlük futboldan uzaqlaşdırılan, daha sonra isə məhkəmənin qərarı ilə bəraət alan veteran futbolçu bu addımı atıb.
O, bəraət almasına baxmayaraq, 7 ildir ki, futboldan kənarda qalıb.
AFFA hələ də Seyidovun futbolla məşğul olmasına icazə vermədiyi üçün o, dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə qurumu məhkəməyə verib.