
Dünyanın ən məşhur futbolçularından Ronaldinyo De Assis Moreyra Qauşu Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
Sportliqa.az xəbər verir ki, dünya çempionu "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Marset" Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev iştirak edib. Ronaldinyoya Azərbaycan millisinin 10 nömrəli forması hədiyyə edilib.
Xatırladaq ki, Ronaldinyo "Qarabağ"ın təşəbbüsü ilə baş tutacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması ilə bağlı mərasimə qatılması üçün Bakıya səfər edib.
Fotolar: Report
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması