
Fevralda AFFA İcraiyyə Komitəsi qərar verdi ki, Premyer Liqada komanda sayı 10-dan 12-yə qalxsın.
Ona görə də birbaşa olaraq Birinci Liqanın ilk 3 komandası Premyer Liqaya, İkinci Liqanın ilk 3 komandası isə Birinci Liqaya yüksələcək. Amma Region Liqası ilə bağlı heç bir qərar verilmədi.
Bu boşluğa görə PFL qaydalara əsaslanaraq, "Lerik" (İkinci Liqada 13-cü) və “Şirvan” (Region Liqasının 2-cisi) arasında pley-off oyunu təyin edib. Amma AFFA sonradan çıxıb desə ki, "Region"dan 3 komanda birbaşa qalxır, onda vəziyyət çox qarışacaq:
"Lerik" uduzsa, deyəcək ki, biz “Göyəzən”lə – yəni Region Liqasının 4-cüsü ilə oynamalıydıq.
“Şirvan” uduzsa, deyəcək ki, biz finala çıxmışdıq, İkinci Liqa bizim haqqımız idi.
"Lerik" qalib gəlsə, deyəcək ki, biz pley-offda qalib gəlmişik, niyə yenidən kimləsə oynamalıyıq?!
“Göyəzən” isə deyəcək ki, bizim stadionumuz, azarkeşimiz, sponsorumuz var – biz də 4-cü olmuşuq, niyə pley-off şansı bizə verilməyib?!
Yəni AFFA vaxtında dəqiq qərar vermədiyi üçün indi nə edilirsə-edilsin, kiminsə narazı qalacağı dəqiqdir. Və bu vəziyyətdə bütün yük PFL-in üstünə düşür, halbuki problem AFFA-nın vaxtında qərar verməməsidir.(pressing.az)