"Səbail"dən yeni transfer
Yeni mövsümdə 1-ci Liqada çıxış edəcək “Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" Zahir Mirzəzadə ilə müqavilə imzalayıblar. Sözləşmənin müddəti 1+1 illikdir.
Qeyd edək ki, Mirəzadə ötən mövsümü “Cəbrayıl”da keçirib.