"Araz-Naxçıvan"dan ayrıldı, "Səbail"ə keçdi
08 Avqust 2025 21:56
“Səbail” klubu növbəti transferini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Tuqay Əlizadə ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tuqay Əlizadə ötən mövsüm “Araz-Naxçıvan”da oynayıb.