1-ci liqada yeni mövsümün püşkü atıldı
Azərbaycan 1-ci liqasında 2025/26 mövsümünün püşkü atılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
1-ci liqada 10 komandanın iştirak edəcək. Yarış 3 dövrəli sistemlə keçiriləcək. Turnir sentyabrın 11-də başlaayacaq.
Püşkatmaya əsasən, 1-ci turda aşağıdakı oyunlar keçiriləcək:
"Zaqatala" - "Cəbrayıl"
"Şəfa - "Şimal"
MOİK - "Şahdağ Qusar"
"Baku Sportinq" - "Difai"
"Səbail" - "Mingəçevir"