1-ci Liqa klubu 19 futbolçusu ilə vidalaşdı
Azərbaycanın Birinci Liqasında çıxış edən “Cəbrayıl” 19 futbolçusu ilə vidalaşıb.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi Zahir Mirzəzadə, Aqşin Yaqubov, Həsrət Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov, Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov, Zeynəddin Abdurahmanov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal Səfərov və Əkpər Vəliyevlə yolları ayırıb.
1-ci Liqaya sentyabrın 11-də start veriləcək. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.