"Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, I Liqa təmsilçisi Ramin Nəsirlini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi karyerası ərzində U-21 millimiz, "Neftçi", "Dauqavpils" (Latviya) və "Araz-Naxçıvan" kimi komandaların şərəfini qoruyub. Qeyd edək ki, “Şəfa” I Liqada 3 turdan sonra 9 xalla liderdir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.