Ötən gün Futbolun İnkişaf Fondu - FİF vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubunun növbəti tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sportliqa.az xəbər verir ki, “İsmikhanlı” şirkəti ilə əldə olunan razılaşma çərçivəsində tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev və şirkətin direktoru Nəcəf Cəfərli imzalayıblar. Anlaşmaya əsasən, “İsmikhanlı” MMC-nin “FrutRis” brendinin loqosu klubun oyun köynəyinin çiyin hissəsində yerləşdiriləcək və şirkətə digər reklam hüquqları veriləcək.
Qeyd edək ki, “İsmikhanlı” MMC 2009-cu ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət tumlu və çəyirdəkli meyvələrin istehsalı və satışı, kalibrləşmə və soyuducu anbarlarda saxlanc xidmətləri ilə məşğuldur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.