![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, bu gün "Araz Saatlı" doğma meydanda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mövsümdə ilk qələbəsini qazanan "Mingəçevir" turnir cədvəlinin VI pilləsində qərarlaşıb. Bütün görüşlərdə uduzan "Araz Saatlı" isə sonuncu yerdədir.
"Araz Saatlı" - "Mingəçevir" 0:2
Qollar: Elsəvər Bəkirzadə, 16, Tural Məmmədzadə, 36