Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az PFL-ə istinadən xəbər verir ki, birinci divizion klubları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
28.09.2023-cü il tarixində I Liqanın III turunun “Zaqatala” – MOİK oyununun 57-ci dəqiqəsində MOİK klubunun 8 nömrəli futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);
28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 80);
28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İmişli” klubu 100 manat cərimə edilir (maddə 77.1);
28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” görüşündə I Zonada “A buraxılış”sız şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 51.8);
29.09.2023-cü il tarixində I Liqanın III turunun “Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);
29.09.2023-cü il tarixində I Liqanın III turunun “Qaradağ Lökbatan” – “İrəvan” oyununun 87-ci dəqiqəsində “İrəvan” klubunun 9 nömrəli futbolçusu Ruslan Hacıyevin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İrəvan” klubu 200 manat cərimə edilir (maddə 40.2);
29.09.2023-cü il tarixində I Liqanın III turunun “Araz Saatlı” – “Mingəçevir” oyununun 70-ci dəqiqəsində “Araz Saatlı” klubunun 66 nömrəli futbolçusu Elşən Mirzəyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 41);