“Araz Saatlı” futbol klubunun yeni baş məşqçisinin adı dəqiqləşib.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisinə Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev rəhbərlik edəcək.
Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. Quliyev İranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb.
UEFA A kateqoriyalı mütəxəssis, baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illərdə “Ağsu”ilə 1-ci divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yeri tutub.
Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalanıb. O, oktyabrın 19-da Saatlı OİK Stadionunda “Difai Ağsu”ya qarşı oyunda debüt edəcək.