“Qarabağ” Avropa Liqası ilə vidalaşdı
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bolqarıstanda SSKA-nın qonağı olub.
Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib. Cavab matçında da əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında isə "Qarabağ" uduzub.
Beləliklə, Avroliqa ilə vidalaşan Ağdam təmsilçisi mübarizəni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Rəqib Ukraynanın "Dinamo" (Kiyev) komandası olacaq.
30 iyul
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
22:00. SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Penaltilər seriyasında 5:4)
İlk oyun - 0:0
Baş hakim: Bran van Den Dries (Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu