İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçunun yeni sözləşməsi 1+1 illikdir.
Qeyd edək ki, Pelleqrini "Roma"nın yetirməsidir. O, 2015/2016 və 2016/2017 mövsümlərində "Sassuolo"da çıxış edib. 2017-ci ildən isə karyerasını "Roma"da davam etdirir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az