UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) matçının biletləri satışa çıxarılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat, VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda isə 150 manat təşkil edir.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 20-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az