
Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında keçirilməsi nəzərdə tutulan "İmişli" - "İrəvan" matçı baş tutmayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Oyun "İrəvan"ın saat 15:00-a təyin olunan matça gəlməməsinə görə baş tutmayıb. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
"İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması