Qeyri-qanuni mərc oyunlarında iştirak etməkdə ittiham olunan Sandro Tonalinin cəzası açıqlanıb.
Sportliqa.az xəbər verir ki, "Nyukasl"ın yarımmüdafiəçisi 10 ay müddətinə futboldan uzaqlaşdırılıb. Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
23 yaşlı orta xətt oyunçusu 2024-cü ilin avqust ayında yaşıl meydanlara qayıdacaq. İtaliya millisinin üzvü Avro-2024-də iştirak edə bilməyəcək.
Tonali 8 ay qumar asılılığından müalicə kursu keçəcək.