AFFA-nın təşkilatçılığı ilə azərbaycanlı məşqçilər Türkiyəyə səfər ediblər.
Sportliqa.az xəbər verir ki, "Qəbələ"nin və “Sabah”ın U-19 komandasında çalışan Zaur Hacıyevlə Saşa Yunisoğlu təcrübə keçmək məqsədilə "Fənərbağça" klubunun akademiyasında olublar.
Bir həftə İstanbul klubunun düşərgəsində olan məşqçilərimiz akademiyanın iş prinsipi ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.