Sponsorsuzluq ucbatından dağılmaq təhlükəsi ilə üzləşən “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) komandalarının əcnəbi və yerli voleybolçuları Prezident İlham Əliyevə videomüraciət ünvanlayıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül” (Şuşa) və Azərbaycan milli komandası üçün ehtiyat qüvvə yetişdirmək məqsədilə qurulan "Xarı Bülbül"ün (Laçın) əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün bu addımı atıblar.
Videomüraciətdə komandanın bütün üzvləri iştirak edib.