Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.
Qurumun inzibati binasında keçirilən iclas 2 saatdan artıqdır ki, davam edir.
Sportliqa.az xəbər verir ki, İK-nın üzvü, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov iclası yarımçıq tərk edib.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər.
Elsevər Muradzadə