AFFA-nın İnkişaf strategiyasının ilkin layihəsi ictimaiyyətə açıqlanıb.
Sportliqa.az xəbər verir ki, 70 səhifədən ibarət olan hazırkı strategiyada uğura aparan yol kimi 6 strateji istiqamət müəyyən edilib. Bunlar aşağıda qeyd edilənlərdir:
- Futbola olan marağın artırılması və populyarlaşdırılması
- Futbol mütəxəssislərinin inkişaf etdirilməsi
- Regional və gənclər futbolunun inkişafı
- Maliyyə məsələləri
- Peşəkar və gənclər futbolunun infrastrukturu və inklüzivliyin və sosial məsuliyyətin təmin edilməsi
- İnklüzivliyin təmin edilməsi və sosial məsuliyyət, İdarəetmə sistemi, liderlik
və Strategiyanın icrası
AFFA-nın yaydığı açıqlamada qeyd edilib ki, qurum tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanakən ictimaiyyətə müraciət olunub və rəylər toplanıb.
Son olaraq strategiyanın layihəsinə rəy və təklifləri 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirmək mümkündür. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.
Strategiyaya buradan keçid etməkkə tanış olmaq mümkündür.