Misli Premyer Liqasında yaranan fasilə başa çatır.
Sportliqa.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edəcək. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirəcək. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdacaq.
Qeyd edək ki, bu gün Yevlaxa qonaq komanda kimi gedəcək "Kəpəz"in də ev oyunlarını bu arenada keçirilməsinə qərar verilib. Autsayderlərin qarşılaşması saat 14:00-da başlayacaq.
Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.
21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz” 1:2
Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ” 0:0 (Birinci hissə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.