“Roma” sağ cinah müdafiəçisi Zeki Çeliklə yeni uzunmüddətli müqavilə üzərində işə başlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
A Seriyası klubu artıq 28 yaşlı futbolçuya sözləşmənin 2029-cu ilin yayına qədər uzadılması ilə bağlı təklif göndərib.
“Canavarlar”nin türkiyəli oyunçunu komandada saxlamaq istəyinə baxmayaraq, Çelik bir sıra Avropa klublarının diqqət mərkəzindədir. Onlar Türkiyə millisinin üzvünü transfer etmək imkanını dəyərləndirirlər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az