Madrid "Real"ının hücumçusu Kilian Mbappe zədəsini sağaldaraq sıraya dönüb.
Sportliqa.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, fransalı forvard artıq komanda ilə birlikdə tam məşqlərə başlayıb. Onun La Liqanın növbəti turunda "Levante" ilə görüşdə start heyətdə meydana çıxması gözlənilir.
Xatırladaq ki, Mbappe İspaniya Superkubokunun finalında "Barselona"ya (2:3) qarşı cəmi 20 dəqiqə oynaya bilib. O, "Albasete" ilə vacib kubok matçını (2:3) isə buraxmışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.