"Barselona"dan ayrılmaq üçün 6 milyon avro ödəyəcək
"Barselona"nın yarımmüdafiəçisi Pedro Fernandes qış "transfer pəncərəsi"ndə Kataloniya klubundan ayrılacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, ispaniyalı futbolçu müqaviləsinə xitam verilməsi üçün 6 milyon avro ödəməli olacaq.
Fernandes oynadığı mövqedə yüksək rəqabət olduğu üçün "Barselona"dan ayrılmaq istəyir. Bu mövqeyə Fermin Lopes və Danial Olmonun da daxil olduğu bildirilir.
"Barselona"nın idman direktoru Deko gənc oyunçunun müqaviləsini İspaniya Superkuboku finalının keçirildiyi Səudiyyə Ərəbistanından qayıtmasından sonra uzatmağı planlaşdırırdı, lakin Fernandes müqaviləsini ləğv etmək qərarına gəlib.