"Çelsi"nin sabiq baş məşqçisi Enzo Mareska "Real"a namizəd kimi nəzərdən keçirilir.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Bildirilir ki, Zinəddin Zidan əsas namizəd olaraq qalır. Lakin fransız mütəxəssisin "Real"ın prezidenti Florentino Pereslə münasibətləri artıq əvvəlki qədər güclü deyil. Bundan əlavə, Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinə rəhbərlik etməsi ehtimalı var.
Qeyd edək ki, Mareska 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarına qədər "Çelsi"nin baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında London klubu Konfrans Liqasını və klublararası dünya çempionatını qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.